Bakıda məhbus əri ilə görüşə gələn qadının alt paltarından heroin çıxdı

Bakıda məhbus əri ilə görüşə gələn qadının alt paltarından heroin çıxdı
Hadisə 1111
Cəzaçəkmə müəssəsinə alt paltarında heroin keçirmək istəyən qadın saxlanılıb.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum olunan məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gələn arvadı Bakı şəhər sakini Xəlilzadə Mahirə Vüqar qızının əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram heroin aşkar edilıb. Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bacı qardaşına görə “ilişdi” – FOTO

Bacı qardaşına görə “ilişdi” – FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına və Müalicə...

1297 Hadisə 12:17 07 fevral 2019

Son xəbərlər