Məhkum dayısına marixuana vermək cəhdi baş tutmadı
26
yan
2019
09:23
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 217.2.; 32.3; 29.1; 120.2.1; 29; 120.2.5; 29.122.2.11; 29.122.2.14; 120.2.5; 120.2.7; 120.2.11; 228.3 və 66.3-cü maddələrinə əsasən12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilov Rəhim Talıb oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu Gəncə şəhər sakini Xəlilov Orxan Rəhim oğlu və bacısı oğlu Qazax rayon sakini Yusifov Elşən Ələddin oğlunun gətirdikləri sovqata və üzərilərinə baxış keçirilib.Baxış zamanə E.Yusifovun əynində olan gödəkcə və şalvarın ciblərinin iç hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 0,165 qram marixuana aşkar edilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Sovqatdan heroin çıxdı – FOTO
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik m...