Sovqatdan heroin çıxdı – FOTO

Sovqatdan heroin çıxdı – FOTO
Hadisə 627

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abbasov Rabil Qədir oğluna qohumu Tərtər rayon sakini Süleymanov Rinat Məhərrəm oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş sellofan bükülüdə çəkisi 0,208 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Ana həbsxanadakı qızına spirtli içki keçirmək istədi

Ana həbsxanadakı qızına spirtli içki keçirmək istədi

4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.Penitensiar xidmətdən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəl...

1724 Hadisə 21:37 11 oktyabr 2018

Son xəbərlər