Bacı qardaşına görə “ilişdi” – FOTO

Bacı qardaşına görə “ilişdi” – FOTO
Hadisə 1289
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına və Müalicə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş və 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Həsənpur Şahid Əbülfəz oğluna,bacısı Gəncə şəhər sakini Həsənpur Şadiman Əbülfəz qızı tərəfindən gətirilən sovqata baxış keçirilən qabda olan qarabaşaq yeməyinin içərisində xüsusi üsulla gizlədilən “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.Cinayət Məcəlləsinin 263-1.3; 264, 66.3 və 66.4-cü maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və Müalicə müəssisəsində saxlanılan məhkum Yekəyev Elçin Həsrət oğlu ilə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Yekəyeva Məhluqə Vahab qızının üzərinə baxış keçirilən zaman əlində olan sellofan bükülüdə 1.504 qram marixuana aşkar edilib.Hər iki faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Məhkum dayısına marixuana vermək cəhdi baş tutmadı

Məhkum dayısına marixuana vermək cəhdi baş tutmadı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik ma...

779 Hadisə 09:23 26 yanvar 2019

Son xəbərlər