Azərbaycanda kolbasanın içindən telefon çıxdı - FOTO
07
iyl
2018
10:49
Bakıda istintaq təcridxanasına kolbasanın içində telefon keçirmək cəhdinin qarşısı alınıb.Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan Namiq Kərim oğlu Babayevə tanışı Ağdam şəhər sakini Çingiz Novruz oğlu Haqverdiyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "SAB" kolbasasının içərisində sellofana bükülərək xüsusi üsulla gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.Qeyd edək ki, N.Babayev Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən həbs edilib.Fakt üzrə araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qaynata məhbus kürəkəninə heroin apararkən saxlanıldı
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanas...