Bakıda mağaza sahibindən qəribə addım: şampun oğruları axtarılır (FOTO)
Bakıda ərzaq mağazası bura gələn alıcılardan bir neçəsini oğru elan edib.
"Report”un xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində fəaliyyət göstərən "Hövsan market”də baş verib.
Belə ki, mağaza rəhbərliyi bir neçə alıcının fotosunu mağazaya yapışdıraraq onların oğru olması barədə elan vurub. Mağazanın işçiləri iddia edirlər ki, həmin şəxslər marketdən oğurluq ediblər. "Bu səbəbdən də müşahidə kamerasına düşən videogörüntülərdən kəsilmiş fotoları marketə yapışdırdıq”, - deyə, satıcılardan biri əlavə edib.
Hüquqşünas Paşa Səfərov isə "Report”a deyib ki, həmin mağazanın rəhbərliyi cinayət məsuliyyəti daşıyır.
O bildirib ki, mağazada şəkilləri yapışdırılaraq oğurluqda ittiham olunan şəxslər mağaza rəhbərliyinin xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cəzalandırılması üçün məhkəməyə müraciət edə bilərlər.
P.Səfərov xatırladıb ki, Cinayət Məcəlləsinin 147-ci maddəsində (böhtan) 100 manatdan 500 yüz manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda “Təcili yardım” maşını qəzaya uğradı: xəstə öldü, tibb bacısı yaralandı
Bakıda "Təcili yardım" avtomobili qəzaya uğrayıb, xəstə ölüb. "Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib. Belə ki,...