Bakıda gecə klubuna girmək istəyən ərəb turist döyüldü
Bakıda ərəb turist gecə klubunda döyülüb.
BAKU.WS-in Sputnik.ru-ya istinadla verdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. Paytaxtın mərkəzində Küveyt vətəndaşı ötən bazar günü döyülüb. Polis idarəsindən bildirilib ki, saat 05:40-da Küveyt vətəndaşı Airoomi Əbdüləziz Əl Səud (1995-ci il) 39-cu bölməyə müraciət edib.
Turist Neftçilər prospektində yerləşən məşhur "Pasifico" barına buraxılmayıb. Zərər çəkmişin sözlərinə görə, müəssisənin mühafizəçisi onu gecə klubuna buraxmayıb və döyüb. Əl Səud bildirir ki, keşikçi ona içəri daxil olmağa mane olub. Turistə bildirilib ki, dindar adama belə əyləncə müəssisələrinə girmək olmaz.
Hazırda 39-cu Polis bölməsinin əməkdaşları hadisə barədə araşdırma aparır.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Ərəb turist “Tarqovı”da öldü
Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb. BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumatına görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi...