Bakıda 21 yaşlı qız keçmiş əri tərəfindən qaçırıldı
Bakıda 21 yaşlı qız keçmiş həyat yoldaşı tərəfindən qaçırılıb.
BAKU.WS-in Sputnik-ə istinadla verdiyi məlumata görə, qəribə məhəbbət hekayəsi Bakının Sabunçu rayonunda baş verib.
16 oktyabrda naməlum şəraitdə 21 yaşlı Bakı sakini yoxa çıxıb. Sabunçu rayonu Polis İdarəsindən bildirilib ki, 12-ci Polis bölməsinə Məmməd Həsənov adlı şəxsin (1955-ci il) ərizəsi daxil olub. Şikayətçi iddia edib ki, onun qızı Könül (1995-ci il) bazar günü yoxa çıxıb. M.Həsənov qızının kim tərəfindən oğurlandığını bilmədiyini söyləyib.
İlkin araşdırmanın gedişatında qanun qoruyucuları aydınlaşdırıblar ki, Könül Həsənova öz keçmiş əriylə - Seyid Səlimovla qaçıb. Polis Səlimovu cinayət məsuliyyətinə cəlb etmək iqtidarında deyil. Amma polis əməkdaşları hadisə barəsində yaşlı atanı xəbərdar edəcək.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda gənc oğlan 47 yaşlı kişini intim təklifə görə bıçaqladı
Bakıda gənc oğlan intim təklifə görə həmcinsini bıçaqlayıb. BAKU.WS-in Sputnik-ə istinadla verdiyi məlumata görə, bıçaq yarası alan orta yaşlı kişi ötən bazar...