Bakıda gənc oğlan 47 yaşlı kişini intim təklifə görə bıçaqladı

Bakıda gənc oğlan 47 yaşlı kişini intim təklifə görə bıçaqladı
Hadisə 2559

 

Bakıda gənc oğlan intim təklifə görə həmcinsini bıçaqlayıb. 

BAKU.WS-in Sputnik-ə istinadla verdiyi məlumata görə, bıçaq yarası alan orta yaşlı kişi ötən bazar günü ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanası yerləşdirilib. Nizami rayonu Polis idarəsindən bildirilib ki, zərər çəkənin şəxsiyyəti təyin edilib– bu, Fəttah Allahverdiyevdir (1969 cu il).

Bakı sakini Zaur Ələsgərov (1996-cı il) adlı şəxs şübhəli qismində saxlanılıb. İlkin araşdırmanın gedişatında müəyyən edilib ki, hadisə Naxçıvan küçəsində baş verib. Saxlanılan şəxsin sözlərinə görə, o münaqişə etmək istəməyib. Zaur bildirib ki, Allahverdiyev onu təhqir etdikdən və ona seksual xarakterli təkliflər etdikdən sonra bıçağa əl atıb.

Hazırda istintaq cinayətin detallarını müəyyənləşdirir. Saxlanılan şəxs barəsində cinayət işi açılıb. 

 

Nazim Babayev

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda hazırlıqdan qayıdan 17 yaşlı qız qaçırıldı

Azərbaycanda hazırlıqdan qayıdan 17 yaşlı qız qaçırıldı

Oğuz rayonunda 17 yaşlı qız qaçırılıb. Bu barədə ANS PRESS-ə onun ailə üzvləri məlumat veriblər. Yeniyetmənin yaxınlarının sözlərinə görə, rayonun Calut kənd sa...

3799 Hadisə 11:54 24 iyun 2016

Son xəbərlər