Bakıda 28 yaşlı oğlan "Viaqra" içib öldü
Bakıda 28 yaşlı oğlan həddən artıq "Viaqra" qəbul edərək ölüb.
BAKU.WS-in haqqın.az-a istinadla verdiyi məlumata görə, hadisə Bakının Nərimanov rayonunda yanvarın 13-dən 14-ə keçən gecə qeydə alınıb. Bu faktı Nərimanov rayonu Polisi İdarəsindən təsdiq ediblər.
İlkin məlumatlara görə, Gəncə şəhər sakini M.Hüseynov inşaat sektorunda işləyirdi və Bakıda kirayədə qalırdı. Hadisə barəsində qonşuların məlumatından sonra təcili yardım gənc oğlanın mənzilinə gəlib və onu ağır vəziyyətdə aşkar ediblər. Ancaq həkimlər gənc oğlanın həyatını xilas edə bilməyiblər. M.Hüseynov ürək partlamasından dünyasını dəyişib.
Hadisə yerində müayinə zamanı "Viaqra" preparatının qutusu aşkar edilib. Bundan belə nəticəyə gəlinib ki, cavan oğlanın ölümünə bu həblər səbəb olub. Bəzi məlumatlara görə, Hüseynov bədbəxt hadisə zamanı mənzildə tək olmayıb. Onun yanında qız da olub. Hadisə zamanı qız qorxduğu üçün mənzildən qaçıb.
Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 18 yaşlı qız intim əlaqədə olduğu oğlanı qarət etdi
Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. BAKU.WS-in teleqraf.com-a istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Əli...