Bakıda gecə klubu qarşısında kütləvi dava olub

Bakıda gecə klubu qarşısında kütləvi dava olub
Hadisə 2844
Bakının Səbail rayonunda dava zamanı 1 nəfər döyülüb.BAKU.WS "Report"a istinadən bildirir ki, 1977-ci il təvəllüdlü Nadirov Aslan Ələddin oğlu "Otto" gecə klubunun qarşısında digər 3 nəfər taksi sürücüsü ilə mübahisə edib.Nəticədə A.Nadirov 3 nəfər tərəfindən döyülüb. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.Qeyd edək ki, A.Nadirov taksi fəaliyyətinə yeni başlayıb. O, digər taksi sürücüləri ilə müştəriyə görə dava edib.Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Davada iştirak edənlər məsuliyyətə cəlb edilib.BAKU.WS

Oxşar xəbərlər

Taksi sürücülərinin müştəri davası qanlı dava ilə bitdi: yaralanan var

Taksi sürücülərinin müştəri davası qanlı dava ilə bitdi: yaralanan var

Şamaxı rayonunda taksi sürcüləri müştəri götürmək üstündə dava edib, 1nəfər bıçaqlanıb.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləş...

2118 Hadisə 10:54 10 may 2018

Son xəbərlər