Taksi sürücülərinin müştəri davası qanlı dava ilə bitdi: yaralanan var
10
may
2018
10:54
Şamaxı rayonunda taksi sürcüləri müştəri götürmək üstündə dava edib, 1nəfər bıçaqlanıb.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən Avtovağzalda baş verib.Şamaxıdan Bakıya müştəri aparmaq üçün taksi fəaliyyəti ilə məşqul olan, rayonun Şəhriyar qəsəbəsinin sakini, 1977-ci il təvəllüdlü Marid Məzahir oğlu Salahov digər taksi sürcüsü ilə müştəri götürmək üstündə mübahisə edib. Nəticədə taksi sürcüsü M.Salahovu bıçaqlayıb.Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanadan bildirilib ki, M.Salahov bədənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətləri ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib.Faktla bağlı araşdırmalara başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qadın qonşusunu döşündən bıçaqladı
Sabirabad rayonunda qadın kişini bıçaqlayıb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaragüney kəndi ərazisində baş verib. Belə ki, həmin kəndin s...