Bakıda ermənipərəst “haqqinaz” saytının rəhbəri saxlanıldı

Bakıda ermənipərəst “haqqinaz” saytının rəhbəri saxlanıldı
Hadisə 6515
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi jurnalist adı altında reketliklə və şantajla məşğul olan Bəhruz İmanqulu oğlu Əliyevi həbs edib.BAKU.WS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından virtualaz.org-a məlumat verilib.Məlumata görə, Bəhruz Əliyev “Neytral İnformasiya Agentliyi” (NİA) təsis edib, orada sifarişli materiallar dərc olunub. Sonra Bəhruz Əliyev müxtəlif məmurları və biznesmenləri barələrində ləkələyici məlumatlar yaymaqla hədələyərək onlardan iri məbləğlərdə pul alıb.Araşdırma zamanı məlum olub ki, Bəhruz Əliyev habelə haqqinaz.org adlı feyk internet resursunun sahibidir. Həmin resursda Azərbaycanda və xaricdə populyar olan haqqin.az informasiya-analitik portalının dizaynı və domen adı “kopyalanıb”.Bundan əvvəl haqqinaz.com saytının mövcudluğu məlum idi və orada Azərbaycan rəhbərliyinə qarşı erməniyönümlü yazılar dərc olunurdu. Haqqin.az-ın redaksiyası belə feysk resursun olmasından xəbərdar idi, amma güman edirdi ki, resursun arxasında erməni xüsusi xidmət orqanları dayanıb. İndi isə haqqinaz.org adlı feyk resurs meydana çıxıb, bizə məlum olduğuna görə hər iki feyk resurs bir-biri ilə əlaqəlidir.İP-üvanlar üzərindən aparılan araşdırma zamanı həmin saytın arxasından azərbaycanlı reket-jurnalist çıxıb. Haqqin.az saytının redaksiyası hüquq-mühafizə orqanlarının bu məsələyə aydınlıq gətirəcəyinə ümid edir.BAKU.WS
Bakıda ermənipərəst “haqqinaz” saytının rəhbəri saxlanıldı
Bakıda ermənipərəst “haqqinaz” saytının rəhbəri saxlanıldı
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda bu da oldu: Kreditini ödəyə bilməyən şəxsi girov götürdülər - VİDEO

Bakıda bu da oldu: Kreditini ödəyə bilməyən şəxsi girov götürdülər - VİDEO

Bankların qanunsuz əməlləri barədə xəbərlər vermişdik. Bu dəfə isə onlar borcu ödətdirmək üçün inanılmaz yola əl atıblar. Kredit borcunu ödəyə bilməyən şəxs gir...

1684 Hadisə 10:11 20 iyun 2017

Son xəbərlər