Eynulla Fətullayevin haqqın.az və virtualaz.org saytları bağlanır
"İxtisarlar baradə yayılan xəbərlər düzdür, saytlardakı işçilər hazırda özlərinə iş axtarırlar". Bu baradə Lent.az-a açıqlamasında haqqin.az saytının siyasət şöbəsinin müdiri Zaur Rəsulzadə bildirib. O bildirib ki, baş verənlərin səbəbi baradə bir şey söyləyə bilməyəcək. "Bu sual mənə aid deyil. Eynulla Fətullayevə müraciət edin" deyə şöbə müdiri bildirib.
***
Jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi saytlarda kütləvi ixtisar olub.
Lent.az-ın xəbərinə görə, bu gün haqqın.az və virtualaz.org saytlarının yaradıcı heyəti ilə iclas keçirən baş redaktor saytların aktiv fəaliyyətinin dayandığını bildirib.
E. Fətullayev fevral ayından etibarən əməkdaşlarına əmək haqqı verə bilməyəcəyini deyib və onlarla əməkdaşlığa son verildiyini qeyd edib.
Bundan sonra bir neçə jurnalist artıq bu saytlarda çalışmadıqlarını və yeni iş axtardıqları barədə sosial şəbəkələrdə məlumat veriblər.
Qeyd edək ki, artıq bir neçə gündür ki, haqqın.az saytı yalnız rəsmi xəbər agentliyinin xəbərlərini yayır. Virtualaz.org saytı isə xarici və yerli mediada yayılmış xəbərləri yaymaqla işini məhdudlaşdırır.
Oxşar xəbərlər
“Azərsun Holdinq”in daha bir şirkətində işçilər ixtisara düşür
"Azərsun Holdinq”in Xaçmaz rayonunda əsasən tərəvəz məhsullarının emalı ilə məşğul olan "Qafqaz Konserv Zavodu" MMC-də inzibati işçilərin ixtisarı keçirilib. B...