Bakıda bar qızı ilə eşq yaşayan oğlandan DƏHŞƏTLİ ƏMƏL: gizlicə sevgilisinin iki rəfiqəsini...
09
iyl
2018
13:45
Bakıda iki qadını bıçaqlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.Şəhriyar Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, ötən il avqustun 30-da Nizami rayonu, Qara Qarayev prospektindəki binanın qarşısında 1993-cü il təvəllüdlü Vüsalə Salmanova və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Elnarə Mikayılovaya naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib.Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.Nizami rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri ilə paytaxt sakini Şəhriyar Əlizadə tutulub.Məlumata görə, xəsarət alanlardan biri həmin binadakı mənzildə kirayədə yaşayır. Hadisə barda işləyən qızlar işdən evə qayıdarkən baş verib. Cinayəti törədən onların tanışı olub.Məlum olub ki, Şəhriyar Əlizadə onunla birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın üstündə cinayəti törədib. Elyanora əvvəlcə Şəhriyar Əlizadə ilə birlikdə təqsirləndirilən şəxs qismində işə cəlb olunsa da, sonradan cinayətin əsas şahidinə çevrilib.Barda işləyən bu qadınlar arasında telefon üstündə mübahisə yaranıb. Mübahisəni həll etmək istəyən Şəhriyar Əlizadə sevdiyi qadının telefonunu geri almaq istəyib. Lakin zərərçəkmiş qadınlar Şəhriyarın istəyinə rədd cavabı veriblər.Bundan əsəbiləşən Şəhriyar bıçağa əl atmalı olub.BAKU.WS
Oxşar xəbərlər
Bakıda şəhid qızını öldürən şəxs 5 il azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi...