Bakıda 2 gənc söyüş söyən yaşlı kişini belə döydü (VİDEO)
30
may
2018
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonunda iki gənc oğlan yaşlı kişini döyüb. BAKU.WS-in əldə etdiyi görüntülərdən aydın olduğu kimi tərəflər arasında əlbəyaxa dava olub. Hadisə Seyid Rüstəmov küçəsində təxminən günorta, saat 12 radələrində baş verib. Axundov bağının ətrafında baş verən hadisə zamanı əvvəlcə yaşlı kişi qarşısına qəfil çıxan yük maşınının sürücüsü ilə mübahisə edib. Daha sonra söyüş söyən yaşlı kişiyə yaxınlıqdan keçən gənclər irad bildirib. Bundan sonra yaşlı kişi ilə gənclər arasında dava başlayıb. Hadisənin görüntüləri anbaan kameraya düşüb. Ətrafdakı insanlar davaya müdaxilə edib və dalaşan şəxsləri uzaqlaşdırıb. Davanın görüntüsünü təqdim edirik:AbbasBAKU.WS
Oxşar xəbərlər
"TikTok"da icra başçısını söyən şəxs həbs edildi
"TikTok"da sərxoş halda canlı yayım açaraq Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin və digər şəxslərin ünvanına təhqiredici, qeyri-etik sözlər iş...