Bakı-Xudat avtobusu aşıb, xəsarət alanlar var

Bakı-Xudat avtobusu aşıb, xəsarət alanlar var
Hadisə 1398
Siyəzəndə mikroavtobus qəzaya uğrayıb.BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı-Xudat marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri tibbi yardımdan imtina etsə də, sərnişinlərdən 1970-ci il təvəllüdlü İlqar Axundov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.BAKU.WS

Son xəbərlər