Azərbaycanda mikroavtobus aşdı: 6 nəfər xəsarət alıb

Azərbaycanda mikroavtobus aşdı: 6 nəfər xəsarət alıb
Hadisə 1224

 

Ələt-Astara magistralında mikroavtobus aşıb.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb.

Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.

Faktla bağlı araşdırma gedir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya uğradı

Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya uğradı

Paytaxtda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb. "Report”un xəbərinə görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, Suraxa...

1536 Hadisə 14:05 14 oktyabr 2016

Son xəbərlər