Bakı bulvarında faciə: gənc oğlan öldü
20
noy
2017
12:06
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, noyabrın 20-nə keçən gecə saat 03:45 radələrində Dənizkənarı Milli Parkın kənarında (Bakı İdman sarayının) qarşısında 22-25 yaşlı oğlan huşsuz vəziyyətdə aşkarlanıb. Yaxınlıqdan keçən şəxslər təcili tibbi yardım çağırıblar və ilkin müayinə zamanı həmin şəxsin həddindən artıq spirtli içki qəbul etdiyi və zəhərləndiyi məlum olub. Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə aparılan gənc orada ölüb.Hazırda ölən şəxsin kimliyi araşdırılır.BAKU.WS
Oxşar xəbərlər
26 yaşlı gənc toyuna bir həftə qalmış sirkə turşusu içdi
Qaxda 26 yaşlı oğlan toyuna altı gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün saat 17 radələrində rayonun Almal...