Bakı bulvarında faciə: dənizdən çıxarıb dəlixanaya apardılar

Bakı bulvarında faciə: dənizdən çıxarıb dəlixanaya apardılar
Hadisə 2536

Bakıda 21 yaşlı oğlan özünü dənizə atıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Park ərazisində - Neftçilər prospekti 49 ünvanının qarşısında baş verib. Lənkəran rayon sakini olan 1996-cı il təvəllüdlü Ülvi Şıxbabayev (ad və soyad şərtidir) özünü dənizə atıb.

Parkın mühafizəçiləri onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib. Lakin burada məlum olub ki, intihara cəhd edən gəncin ciddi psixi porblemləri var və ona yerindəcə sakitləşdirici vurulub. Daha sonra əraziyə cəlb edilmiş psixiatrik briqada gənc oğlanı ruhi-əsəb xəstəxanasına aparıb.

Faktla bağlı araşdırma aparılır. 

BAKU.WS 

Oxşar xəbərlər

Bakıda itkin düşmüş qızın özünü dənizə atdığı məlum oldu

Bakıda itkin düşmüş qızın özünü dənizə atdığı məlum oldu

Bakı şəhəri, Nəsimi rayonunda itkin düşmüş 19 yaşlı qızın özünü dənizə atdığı məlum olub. BAKU.WS-in "Report”a istinadən xəbərinə görə, mayın 4-də itkin düşmüş...

1760 Hadisə 17:15 11 may 2017

Son xəbərlər