Bakıda itkin düşmüş qızın özünü dənizə atdığı məlum oldu

11
may
2017
17:15
Bakı şəhəri, Nəsimi rayonunda itkin düşmüş 19 yaşlı qızın özünü dənizə atdığı məlum olub.
BAKU.WS-in "Report”a istinadən xəbərinə görə, mayın 4-də itkin düşmüş 1998-ci il təvəllüdlü Nailə Məmmədovanın (ad və soyad şərtidir) 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi müəyyənləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, qız intihar məqsədi ilə özünü dənizə atıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda qardaşını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL
Bu gün Bakı bulvarında özünü dənizə atan qadının kimliyi müəyyənləşib. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, saat 11 radələrində Neftçilər prospekti 133...