26 yaşlı qızın intiharqabağı sevgilisinə yazdığı mesaj...

26 yaşlı qızın intiharqabağı sevgilisinə yazdığı mesaj...
Hadisə 6362

Bakıda 26 yaşlı qadının intihara cəhdinin səbəbləri məlum olub.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, Xəzər Rayon Prokurorluğunda aparılan araşdırmalar rayon sakini H.Ə.-nin (ailəsini və özünü nəzərə alaraq, qadının adını gizli saxlayırıq) özünü öldürməyə cəhd etməsinin motivini üzə çıxarıb.

1990-cı il təvəllüdlü H.Ə. Lev Starçuk küçəsində yaşadığı binanın üçüncü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, 26 yaşlı qadın hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağır olaraq qalır.

Saytın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, H.Ə.-nin intihara cəhdinə sevgilisinin ondan ayrılması səbəb olub. Daha doğrusu, onunla yaxın münasibətdə olan kişi evlənməkdən imtina edib. H.Ə. isə hamilə olduğunu düşünüb və özünü öldürmək qərarına gəlib. O, özünü atmazdan əvvəl Whatsapp-la keçmiş sevgilisinə vida ismarışı da yazıb.

Xəstəxanaya gətirilən H.Ə.-nin hamilə olmadığı üzə çıxıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda arvadının intihar xəbərindən sarsılan 85 yaşlı kişi özünü öldürmək istədi

Bakıda arvadının intihar xəbərindən sarsılan 85 yaşlı kişi özünü öldürmək istədi

Bakıda sirkə turşusu içərək intihara cəhd edən 84 yaşlı qadın dünyasını dəyişib. APA-nın məlumatına görə, ötən gün sirkə turşusu içərək ağır vəziyyətdə xəstəxa...

1481 Hadisə 19:21 12 oktyabr 2016

Son xəbərlər