Baş prokurorluq ANS haqqında açıqlama verdi

Baş prokurorluq ANS haqqında açıqlama verdi
Hadisə 4146
 

Dünən axşam ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev və ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev Baş Prokurorluğun tələbi üzrə telekanalın yayımını dayandırmış Milli Teleradio Şurasının irəli sürdüyü ittihamlarla bağlı ifadə veriblər.

Virtualaz.org-a Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindən deyilib ki, ANS telekanalına qarşı cinayət işi açılmayıb və ilkin araşdırma aparılır.

Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sözügedən sayta deyib ki, ən yaxın zamanda Baş Prokurorluq ANS-in işi üzrə rəsmi məlumatla çıxış edəcək.

Lakin bu dəqiqələrə kimi telekanalın redaksiyası möhürlüdür və əməkdaşlar ANS-in binasına daxil ola bilmirlər. Virtualaz.org dəqiqləşdirib ki, ANS-in ofisi Baş Prokurorluq tərəfindən deyil, Azərbaycan DİN Səbail Rayon Polis İdarəsi tərəfindən möhürlənib.

BAKU.WS

Oxşar xəbərlər

Vahid Mustafayevlə Mirşahin sərbəst buraxıldı (FOTO)

Vahid Mustafayevlə Mirşahin sərbəst buraxıldı (FOTO)

"ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və "ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin izahatları alınıb. BAKU.WS APA...

1475 Hadisə 11:40 19 iyul 2016

Son xəbərlər