Mirşahinin halı pisləşdi, reanimasiyaya keçirildi

Mirşahinin halı pisləşdi, reanimasiyaya keçirildi
Hadisə 1760

 

ANS şirkətlər qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev yanvarın 23-də ürək tutması ilə 1№-li Klinik xəstəxanaya çatdırılıb.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, axşam məşhur jurnalistin halı pisləşib və o, reanimasiya şöbəsinə keçirilib.

Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu "Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

Elə həmin gün Mirşahin Ağayev mətbuat konfransı keçirmiş və MTRŞ-nın qərarını qeyri-qanuni adlandıraraq, söz azadlığına və demokratiyaya zərbə kimi qiymətləndirmişdi.

Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğb edildiyini açıqlayıb.

BAKU.WS

Son xəbərlər