Eldar Sabiroğlunun oğlu ilə bağlı qərar verildi (RƏSMİ)

Eldar Sabiroğlunun oğlu ilə bağlı qərar verildi (RƏSMİ)
Hadisə 1317

Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

BAKU.WS Baş Prokurorluğun saytına istinadən xəbər verir ki, icra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır. Ziya Babayev BAKU.WS

Son xəbərlər