YAP Eldar Sabiroğlunun oğlunun açıqlamalarına münasibət bildirib.

YAP Eldar Sabiroğlunun oğlunun açıqlamalarına münasibət bildirib.
Siyasət 953

 

"Eldar Sabiroğlunun da, Rüfət Səfərovun da səsləndirdiyi fikirlərdən aydın olur ki, bu, ailə münaqişəsi zəmnində baş vermiş və kritik məqamda səsləndirilmiş fikirlərdir. YAP tərəfindən ailə münaqişəsi zəminində baş vermiş hadisəyə müdaxilə etməyə əsas görmürəm”.

BAKU.WS məlumat verir ki, bunu APA-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev YAP-ın qurucularından olan partiya üzvü Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun prokurorluq orqanlarında istefa verməsi və hakimiyyət əleyhinə fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.

O, bu fikirlərin YAP-a aidiyyəti olmadığını vurğulayıb: "Hesab edirəm ki, vətəndaşın hər hansı vəziyyətdə etdiyi çıxışlar, verdiyi bəyanatların ölkənin siyasi gündəminə, eləcə də Yeni Azərbaycan Partiyasına heç bir aidiyyəti yoxdur. Bəyanatı verən şəxsin atası YAP sıralarında olub, müvəqqəti fəaliyyətini dayandırdıqdan sonra yenidən partiyada fəaliyyətini bərpa edib. YAP-da təmsil olunan Eldar Sabiroğlunun oğlu tərəfindən belə bəyanatların səsləndirilməsi sadəcə olaraq, onun ailə tərbiyəsindən irəli gəlir”.

H. Paşayev qeyd edib ki, R. Səfərovun səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: "Ola bilsin ki, iş yerində hansısa problemlə üzləşib, ya da ailə daxilində yaranmış problemlə bağlı düşdüyü vəziyyətdən asılı olaraq belə bəyanatla çıxış edib”.

Xatırladaq ki, Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan R. Səfərov istefa ərizəsi ilə Baş prokurora müraciət edib. 

BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudov Londonda oğluna 30 milyonluq ev alıbmış

Eldar Mahmudov Londonda oğluna 30 milyonluq ev alıbmış

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2012-ci ildə Londonun ən nüfuzlu və bahalı rayonunda - Sent-Ceyms məhəlləsində oğlunun adına 8 otaqlı dəbdəbəli...

2200 Şou-biznes 21:23 09 dekabr 2015

Son xəbərlər