Zakir Qaralov: "Prokurorluğun 10 işçisi qovulub"
"2014-cü il oktyabrın 1-dən indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub”. BAKU.WS-in məlumatına görə, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, intizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olublar. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ilk namizəd qeydə alındı
Azərbaycanda ilk deputatlığa namizəd qeydə alınıb. BAKU.WS-in "Qafqazinfo”-ya istinadla verdiyi məlumata görə, bu, Milli Məclisin 20 saylı Nərimanov ikinci se...