Zakir Qaralov vətəndaşları qəbul edəcək

Zakir Qaralov vətəndaşları qəbul edəcək
Hadisə 3

Azərbaycanın baş prokuroru Zakir Qaralov  Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qəbul sentyabrın 4-də saat 11:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Yol polisi olmaq istəyənlər üçün yeni xəbər

Yol polisi olmaq istəyənlər üçün yeni xəbər

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Bakı ş...

5986 Hadisə 16:52 25 avqust 2015

Son xəbərlər