Azyaşlı qızları Türkiyədə satan azərbaycanlı kişi həbs edildi

Azyaşlı qızları Türkiyədə satan azərbaycanlı kişi həbs edildi
Hadisə 1628
Şəki Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlarda daxil olmaqla azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan Mingəçevir şəhər sakininin məhkəməsi başlayır.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 171.1 (Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə), 144-1.2.2 (insan alveri), 243 (fahişəliyə cəlb etmə) maddələri ilə təqsirli bilinən Şaməmmədov Namiq Çoban oğlunun məhkəmə prosesinin hazırlıq iclası hakim Camal Ramazanovun sədrliyi ilə keçiriləcək.Cinayət işində 5 qadın zərərçəkmiş qismində tanınıb.Belə ki, 2018-ci il fevral ayının 11-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Mingəçevir şəhər polis şöbəsi əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, 1978-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Şaməmmədov Namiq Çoban oğlunun ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.BAKU.WS

Son xəbərlər