Azərbaycan qadınlarını Türkiyədə cinsi istismara məruz qoyan qadın tutuldu
21
iyl
2018
12:48
Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilib.Əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Məmmədova Güllər Kamal qızının Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən olunub.Hazırda faktla bağlı araşdırma davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı qadın Türkiyədə həbs olunub
Türkiyənin Dənizli şəhərində Ukrayna Baş Prokurorluğunun müraciəti əsasında Azərbaycan vətəndaşı həbs olunub. 1980-cı il təvəllüdlü Əminə Məmmədova insan alveri...