Azərbaycanın baş pediatrı valideynlərə xəbərdarlıq edib
20
dek
2018
11:25
"Uşaqlarda nevroloji xəstəliklər böyüklərdən müəyyən dərəcədə fərqlənir"."Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.N.Quliyev qeyd edib ki, 2014-cü ildən başlayaraq davamlı olaraq keçirilən uşaqların məcburi disparenzisasiyası vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir.Baş pediatr valideynlərə müraciət edərək bildirib ki, uşaqlıq dövründə bu problemlər aradan qaldırılarsa, cəmiyyətə böyük dəstək verilə bilər: "Zamanında nevroloji xəstəliklərin qarşısı alınmazsa uşaqlar arasında əlilliyin sayı da kifayət qədər çox olacaq. Odur ki, icbari disparenzasiya vacibdir. Belə ki, körpə doğulan gündən sonrakı müddətdə 12-13 dəfə müayinəyə cəlb edilməlidir ki, onda olan problemlər vaxtında aşkarlansın".BAKU.WS
Oxşar xəbərlər
Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ – “Diqqət etməlidirlər”
"Bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur. Bu o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun...