Azərbaycanlı qadın Türkiyədə avtobusda ZORLANDI
Ankarada azərbaycanlı qadın avtobusda təcavüzə uğrayıb.
Milli.Az bildirir ki, bu barədə məlumatı "Hürriyet"in yazarı İsmail Saymaz verib.
Hadisə yanvar ayının 4-də, saat 23:40-da Ankaranın Etimesgut mahalı yaxınlığında baş verib. Azərbaycan əsilli qadın S. "530" nömrəli avtobusda təcavüzə uğrayıb.
Sürücü İbrahim T. avtobusda tək olan S.-nin üzərinə atlayıb, onu zorlayıb, sonra da təhdid edib. Sürücü ona deyib ki, başına gələnləri evdəkilərə, ya da polisə danışsa, onun boğazını kəsəcək. Sürücü qadının qorxduğunu zənn edərək qapını açıb. Qadın qaçaraq avtobusdan uzaqlaşıb. O, binaya girən kimi polisə zəng edib.
Sürücü dərhal saxlanılıb. O, məhkəmədə ifadə verib. İbrahim T. qadının söylədiklərini təkzib edib. O, ifadəsində deyib:
"Özü istədi deyə cinsi əlaqədə olduq. Mənə dedi ki, avtobusu saxla, qaranlıq yer tap, yanıma gəl. Sonra da fikrindən daşındı".
BAKU.WS
Oxşar xəbərlər
Bakı avtobusunda manyakın qadına sataşdığı an kameraya düşdü (VİDEO)
Bu yaxınlarda Türkiyədə avtobusda bir nəfərin qadına təcavüz etdiyi, sonra qadınlar tərəfindən döyüldüyü barədə məlumat vermişdik. Təəssüf ki, oxşar hadisə Ba...