Bakı avtobusunda manyakın qadına sataşdığı an kameraya düşdü (VİDEO)

Bu yaxınlarda Türkiyədə avtobusda bir nəfərin qadına təcavüz etdiyi, sonra qadınlar tərəfindən döyüldüyü barədə məlumat vermişdik.
Təəssüf ki, oxşar hadisə Bakıda da yaşanıb. Amma sonluğu fərqli olub.
Milli.Az bildirir ki, 77 saylı avtobusda 23-25 yaşlı oğlan gənc qıza qarşı tərbiyəsizlik edib. Amma Türkiyədəki oxşarından fərqli olaraq, onun "qurbanı" susmağa üstünlük verib.
Təcavüzkar da heç bir şey olmamış kimi əlini-qolunu sallayaraq, cəzasız, avtobusdan düşüb, yoluna düzəlib.
Fikrimizcə, belə hallarda ictimaiyyətin diqqətini təcavüzkara cəlb edərək ən azından polisə şikayət etmək olardı.
BAKU.WS
Oxşar xəbərlər
Qadınlar əxlaqsız hərəkətinə görə avtobusda kişini döydülər (VİDEO)
Türkiyədə ictimai nəqliyyatda maraqlı hadisə baş verib. BAKU.WS məlumat verir ki, sərnişin avtobusunda bir kişi qadınlara cinsiyyət orqanını göstərdiyi üçün...
