Azərbaycanlı Moskvada atasının qatilindən qisasını aldı
21
iyn
2018
17:21
Ötən ilin sentyabrında qardaşı ilə birlikdə atasının qatilini öldürən şəxs Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.BAKU.WS virtualaz.org istinadla xəbər verir ki, bu barədə “Moskva” nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.Verilən məlumata görə, 2017-ci il sentyabrın 18-də Xarkovda yerləşən yaşayış evlərinin birinin blokunda kişi meyiti aşkar edilib.Faktla bağlı adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanılıb.Bildirilib ki, öldürülən şəxs 50 yaşlı Azərbaycan vətəndaşı olub: “Bu il iyunun 13-də polis əməkdaşları 31 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar. O, ötən ilin sentyabrında qardaşı ilə birlikdə “Makarov” tapançasından atəş açmaqla Xarkovda azərbaycanlını öldürməkdə ittiham olunub. Sonradan məlum olub ki, öldürülən şəxs 2000-ci ildə ittiham olunanların atalarını qətlə yetirib”.Hazırda qətli törətməkdə şübhəli bilinən digər şəxsin axtarışları davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
DİN: Bakıda yeniyetmə qardaşını ehtiyatsızlıqdan güllələyib
Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmənin qardaşını güllələməsi faktı ilə bağlı məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə...