Azərbaycanlı kişi sevgilisini və onun 4 yaşlı qızının başını kəsdi
03
noy
2016
11:16
Rusiyanın Orsk şəhərində azərbaycanlı birlikdə yaşadığı qadının və onun uşağının boğazını kəsərək qətlə yetirib.
APA-nın "Orsk.ru”ya istinadən verdiyi məlumata görə, 1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyiti ilk olaraq, qadının anası görüb və polisə bildirib. Hadisəni törətməkdə şübhəli bilinən Qardaşov Rauf Cəmaləddin oğlu axtarışa verilib.
İlkin ehtimala görə, cinayətdə şübhəli bilinən şəxs öldürdüyü adamlarla bir evdə yaşayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 24 yaşlı qadın boğazı kəsilərək öldürüldü
Tovuzda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, 24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazı...