Azərbaycanlı iş adami ailəsi ilə birlikdə DİRİ-DİRİ YANDI
13
avq
2018
15:21
Ukraynanın Luqansk vilayətinin Slavyanoserbski rayonu ərazisində azərbaycanlı iş adamı ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb.BAKU.WS “report”a istinadən xəbər verir ki, əslən Azərbaycanın Xaçmaz rayonundan olan 1971-ci il təvəllüdlü Sübahir Qulu oğlu Həsənov şəxsi avtomobilində ailəsi ilə birgə yaşadığı rayon istiqamətində hərəkət edərkən qəflətən avtomobili partlayıb.Partlayış səsinə yaxınlıqdakı insanlar köməyə gəlsələr də, avtomobildəkiləri yanğından xilas etmək mümkün olmayıb. Nəticədə azərbaycanlı iş adamı, bir övladı və həyat yoldaşı yanaraq ölüb.S.Həsənov Luqanskda kənd təsərrüfatı biznesi ilə məşğul olub.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 86 yaşlı qadın diri-diri yanıb öldü
Bakıda yaşlı qadın ehtiyatsızlıqdan yanaraq ölüb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, döng...