Azərbaycanda dəhşət: ər-arvad diri-diri yandı

Azərbaycanda dəhşət: ər-arvad diri-diri yandı
Hadisə 1818

Salyan rayonu, Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1943-cü il təvəllüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:14-də söndürülüb.

Vrtualaz.org saytının əldə etdiyi məlumata görə, mərhumlar ağır yataq xəstəsi olublar. Yanmış evə ilkin baxış zamanı qadının yataqda yandığı, həyat yoldaşının isə sürünərək yanan evdən çıxmağa cəhd etdiyi zaman tüstüdən boğulduğu məlum olub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 1 yaşlı uşaq evdə diri-diri yandı

Bakıda 1 yaşlı uşaq evdə diri-diri yandı

Azərbaycanda dəhşətli yanğın hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin...

1315 Hadisə 16:56 14 fevral 2017

Son xəbərlər