Balakəndə ev, Lənkəranda “VAZ“ yandı

Balakəndə ev, Lənkəranda “VAZ“ yandı
Hadisə 800

 

Ötən gecə iki yanğın hadisəsi qeydə alınıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Balakən rayonu, Gülüzanbinə kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və dam örtüyü  yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Lənkəran rayonu, Boladi kəndində sahibi məlum olmayan "VAZ" markalı minik avtomobili yanıb. Ətrafdakı ağaclar yanğından mühafizə olunub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda körpü yandı

Bakıda körpü yandı

Bakının Pirallahı rayonunda ötən axşam yanğın hadisəsi qeydə alınıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın "...

1376 Hadisə 09:34 04 dekabr 2015

Son xəbərlər