Azərbaycanda xüsusi əməliyyat: 4 vəzifəli şəxs saxlanıldı (FOTO)

Azərbaycanda xüsusi əməliyyat: 4 vəzifəli şəxs saxlanıldı (FOTO)
Hadisə 15245
 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib.

BAKU.WS-in report-a istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirən Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, A.Məcidov Ümrə (kiçik Həcc) ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib. 

A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi məlum olub. Nəticədə A.Məcidov və Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıb.

A.Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

İlyas Quliyev

BAKU.WS

Oxşar xəbərlər

Gürcüstana 3 milyon keçirmək istəyən azərbaycanlı tutuldu

Gürcüstana 3 milyon keçirmək istəyən azərbaycanlı tutuldu

Gürcüstana 3 milyondan artıq rubl keçirmək istəyən azərbaycanlı sərhəddə saxlanılıb. BAKU.WS Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadən bildiri...

1466 Hadisə 12:19 25 oktyabr 2016

Son xəbərlər