Gürcüstana 3 milyon keçirmək istəyən azərbaycanlı tutuldu
Gürcüstana 3 milyondan artıq rubl keçirmək istəyən azərbaycanlı sərhəddə saxlanılıb.
BAKU.WS Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadən bildirir ki, oktyabrın 23-də "Şıxlı" sərhəd nəzarət məntəqəsində Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi "Mercedes" markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu DSX əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.
Faktla bağlı əməliyyat-İstintaq tədbirləri davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
800 min dollar keçirmək istəyən şəxs gömrükdə tutuldu
Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun id...