Azərbaycanda nişan tortu bir ailəni zəhərlədi
Ağdamda altı nəfər tortdan zəhərlənib.
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xındırıstan kəndində tort yedikdən sonra halı pisləşən Babayevlər ailəsi üzvləri Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlar 1949-cu il təvəllüdlü Nazim Babayev, 1953-cü təvəllüdlü Nailə Babayeva, onların oğlu Babayev Ramil Nazim oğlu, R.Babayevin uşaqları - 13 yaşlı Nəzrin, 11 yaşlı Nailə və 7 yaşlı Orxandır. Həmin şəxslərin vəziyyəti normaldır.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, ailə bu gün saat 12:00 radələrində qida zəhərlənməsi ilə bağlı Ağdam Mərkəzi Rayon Xəstəxanasına müraciət edib:
"Onlar dünən axşam qohumlarının nişan mərasimində iştirak ediblər. Nişandan evə gətirdikləri tortu bu gün səhər 09:00 radələrində yeyiblər. Ondan sonra özlərində narahatlıq hiss edən ailə üzvləri xəstəxanaya gəlib. Hazırda xəstəxanada müalicələri davam etdirilir və vəziyyətləri ağır deyil. Çox güman ki, tortu uyğun olmayan şəraitdə, istidə saxlayıblar deyə elə zəhərlənmə verib. Onlardan götürülən nümunələr və qida qalıqları analiz üçün bizim mərkəzə göndərilib və nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".
BAKU.WS
Oxşar xəbərlər
Ağdamda inək 56 yaşlı qadını öldürüb
Ağdamda iribuynuzlu heyvanın vurduğu 56 yaşlı qadın ölüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əfətli kəndində baş verib. Ağdam Mərkəzi Ray...