Ərinin banka borcu olduğunu bilən gəlin özünü asdı
Salyanda 25 yaşlı gəlin özünü öldürüb. Rayonun Qaraçala kənd sakini, 1990-cı il təvəllüdlü Babayeva Ruhəngiz Malik qızı özünü asaraq intihar edib.
BAKU.WS-in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, 25 yaşlı Ruhəngiz özünü həyətlərindəki yarımtikilidə asıb.
Kənd sakinlərinin verdiyi məlumata görə, Ruhəngiz Babayeva yeni ailə qurub. Onun bir azyaşlı övladı olub. Ailə qurduğu şəxs isə həm ana, həm də ata tərəfdən ona qohum olub.
"Yoldaşının anasını elektrik cərəyanı vurub rəhmətə gedib. Atası isə ağır xəstəlikdən dünyasını dəyişib. İndi də bu gəlin həmin evdə özünü asdı. Hamı deyir ki, bəlkə, o evdə pis aura var. Çünki Ruhəngizin özünü hansı səbəbdən öldürmək istəməsi məlum deyil. Heç kiminlə mübahisəsi olmayıb. Ailədə də yoldaşı ilə münasibətləri yaxşı olub", - deyə ailəyə yaxın olan qohumlardan biri bildirib.
Aldığımız məlumata görə, intihar edən gəlinin qardaşı bir gün əvvəl tort üçün lazım olan ərzaqları alaraq bacısından onun nişanlısı üçün bayram tortu hazırlamasını xahiş edib. Ruhəngiz bayrama görə, evlərində təmizlik işi apardığını deyib və qardaşından aldıqlarını atası evinə aparmasını xahiş edib. O, təmizlik işləri bitdikdən sonra ora gələrək tortu hazır edəcəyini deyib.
"Axşamüstü uşağını saxlaması üçün qaynına verib. Özü isə bir az işi olduğunu, tez qayıdacağını deyib. Amma sonra ondan xəbər olmayıb. Gəlinin asılmış meyitini isə yoldaşının babası aşkar edib".
Heç bir problemin yaşanmadığı ailədə baş verən hadisə hamını şoka salıb. Məlumata görə, bir neçə gün öncə Ruhəngiz ərinin bankdan kredit götürdüyünü öyrənib. İndi ailə üzvləri də onun məhz bu səbəbdən intihar edə biləcəyini düşünür.
Faktla bağlı hazırda Salyan rayon prokurorluğunda araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ailə üzvlərindən küsən uşaq özünü asdı
Azərbaycanda 11 yaşlı uşaq intihar edib. Hadisə Cəlilabad rayonunun Gülməmmədli kəndində qeydə alınıb. BAKU.WS-in məlumatına görə, bu barədə hüquq-mühafizə orq...