Azərbaycanda daha bir nəfər borca görə özünü asdı

Azərbaycanda daha bir nəfər borca görə özünü asdı
Hadisə 1402

Ağcabədidə intihar hadisəsi baş verib. Hadisə ötən gün rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

BAKU.WS-in Ans press-ə istinadən verdiyi məlumata görə, 237 saylı evdə yaşayan rayon sakini Zeynal Namazov özünü asıb. 40 yaşlı Zeynal Namazov Səlim oğlunun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Qonşuların sözlərinə görə, Zeynal Namazov borcu olduğuna görə həyatına qəsd edib. Onun üç övladı var. Hazırda faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbləri də araşdırmalardan sonra məlum olacaq. BAKU.WS  

Oxşar xəbərlər

Azərbaycanda 62 yaşlı qadın özünü asdı

Azərbaycanda 62 yaşlı qadın özünü asdı

Neftçalada 62 yaşlı qadın intihar edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb. Kənd sakini, 62 yaşlı...

1676 Hadisə 13:14 13 dekabr 2015

Son xəbərlər