Bayram günü rəis iş otağında özünü asdı
26
sen
2015
10:05
Biləsuvarda intihar hadisəsi baş verib. Biləsuvar rayon Prokurorluğunun müstəntiqi Anar Nuriyevin BAKU.WS-ə verdiyi məlumata görə, "Aztelekom” İstehsalat Birliyinin Biləsuvar Rayon Telekommunikasiya Qovşağının rəisi, 35 yaşlı İlkin Mirilham oğlu Ağayev ötən gün axşam saatlarında iş otağında özünü asaraq öldürüb. Hadisə barədə məlumat verilən kimi hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Araşdırmalardan sonra intiharın səbəbləri məlum olacaq. Faktla bağlı cinayət işi başlanıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
İsmayıllıda məktəbə getmək istəməyən uşaq özünü asdı
Dünən İsmayıllı rayonunda orta məktəbə getmək istəməyən uşaq özünü öldürüb. Bu barədə İsmayıllı rayon prokuroru Rahib Seyidov BAKU.WS-ə açıqlamasında bildirib....