Azərbaycanda mikroavtobus qəzaya düşdü - 10-a yaxın yaralı var

Azərbaycanda mikroavtobus qəzaya düşdü - 10-a yaxın yaralı var
Hadisə 924

Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər