Azərbaycanda sərnişin dolu mikroavtobus "KamAZ"la toqquşdu, ölən və yaralananlar var (VİDEO)

Azərbaycanda sərnişin dolu mikroavtobus KamAZla toqquşdu, ölən və yaralananlar var (VİDEO)
Video
Hadisə 4027
Qax rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var."Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının Qax rayonunun Baydarlı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən "Mercedes" markalı sərnişin mikroavtobusu "KamAZ"la toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölub, 3 nəfər yaralanıb. Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir. BAKU.WS

Son xəbərlər