Azərbaycanda hərbi hissədə əsgər bıçaqlandı - Elçin Quliyev xəstəxanaya getdi
09
sen
2018
12:46
2018-ci il sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Silahlı Qüvvələrə 2018-ci ilin iyul ayında çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğluna mülki şəxs tərəfindən bədən xəsarəti yetirilib.BAKU.WS DSX-yə istinadən xəbər verir ki, hadisə saat 15:00 radələrində baş verib.Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş müddətində əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə müraciət edən 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu qəfildən əsgərin döş və qarın nahiyəsinə özü ilə gətirdiyi bıcaqla 3 zərbə endirmişdir.Əsgərin həyatını xilas etmək üçün dərhal təxirəsalınmaz tədbirlər görülmüş, yaralı Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılmışdır. Xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər C.İsgəndərov hazırda əməliyyat olunur, vəziyyəti ağırdır.Hadisə barədə əsgərin valideynlərinə məlumat verilib. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına gəlib.Hadisəni şəxsi münasibət zəminində törətdiyini bildirən C.Hüseynov saxlanılmış, hərbi prokururluq orqanlarına məlumat verilmişdir. Hadisə ilə əlaqədar müvafiq tədbirlər davam etdirilir. BAKU.WS
Oxşar xəbərlər
DSX İran Sərhəd Qoşunları komandanının iddiasına cavab verdi
İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rezayi iyunun 21-də Azərbaycanın Cəlilabad rayonu ərazisində, İranla sərhəddə baş vermiş insident barədə açıqlama ver...