Daha bir əsgərimizi itirdik
18
dek
2015
11:12
Azərbaycan ordusunda daha bir əsgər ölümü olub. BAKU.WS-in Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında sərhəd xidmətində olarkən əsgər Yusifov Elnur Şövkət oğlu 16 dekabr 2015-ci il tarixdə saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib. Elnur Yusifov 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu tərəfindən birgə araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı məlumat yaydı
Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı məlumat yayıb. BAKU.WS xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir: "2015-ci ilin aprel ayında Sə...