FHN-in əsgəri özünü bıçaqlayıb
17
okt
2017
19:26
Fövqəladə Hallar Nazirliyinin (FHN) əsgəri hərbi xidmət vaxtı naməlum şəkildə yaralanıb. "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.Belə ki, FHN-in "N" saylı hərbi hissəsində xidmət edən Xaçmaz rayonunun Ağyazı kəndində anadan olmuş 1997-ci il təvəllüdlü Əliyev Elşad Mərdan oğlu qarın nahiyəsindən 4 bıçaq xəsarəti alıb.Yaralı əsgər xəstəxanaya yerləşdirilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində əsəbi olduğunu, bu səbəbdən özünü bıçaqlayaraq intihara cəhd etdiyini deyib. Faktla bağlı araşdırmalar davam etdirilir.Qeyd edək ki, E.Əliyev 4 aydır ki, N saylı hərbi hissədə qulluq edir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda kişinin qulağını kəsdilər
Bakıda orta yaşlı kişinin qulağı kəsilib.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.Belə ki, 1967-ci il təvəll...