Azərbaycanda həkimlərin səhlənkarlığı nəticəsində 3 yaşlı uşaq öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonunda uşaq ölümü qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Şirvanovka kənd sakini, 2014-cü il təvəllüdlü, Fəttahov Rahid Ravid oğlu Qusar rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən Bakı şəhərində olan xəstəxanaların birinə gətirilən zaman yolda, Siyəzən rayonu ərazisində ölüb.
Mərhumun yaxınlarının dediyinə görə, Qusarda həkimlər azyaşlının xəstəliyinin dəqiq diaqnoz qoya bilməyiblər. Yeni il bayramı ilə əlaqədar bəzi həkimlərin iş yerində olmaması uşağın vəziyyətinin ağırlaşmasına səbəb olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda uşaq xəstəxanasının şöbə müdiri özünü asdı
Göyçay rayonunda intihar hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 5:00 radələrində Göyçay şəhərində qeydə alınıb....